Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsimi adına çoxfunksional kompleks binasının təntənəli təməlqoyma mərasimi keçirilib.
Bu barədə Demokrat.az-a Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.
Səfirliyin təşəbbüsü və sifarişi ilə tikiləcək mədəni-tarixi kompleksdə Nəsimi adına Mərkəz, muzey, konfrans zalları fəaliyyət göstərəcək.






