Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsibaş verib.
APAxəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrahimli küçələrinin kəsişməsində baş verib.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü Lətif Hüseynov idarə etdiyiavtomobilləkəsişmədə olan taksiyə çırpılıb.
Daha sonra L.Hüseynova məxsusavtomobiltelefon mağazına çırpılıb.
Mağazada olan iki satıcı sınıq xəsarətləri alıb.Avtomobildəolan sürücü və sərnişin də ağır xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.




