Hadisə

Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü

Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək vəfat edib.

Demokrat.az report-a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Cəfərov Şirin Məhərrəm oğlu "Nissan" markalı avtomobildə dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Azərbaycan Dəmir Yolları (QSC) yük daşımaları departamentinin stansiyaların idarəedilməsi xidmətinin Qərb sahəsinin rəis müavini vəzifəsində çalışırmış.

NE
Nihadə Eyyubova