Dünya Özəl

Los-Anceles yanğınlarından qaçan dünya ulduzu ikiüzlülükdə ittiham olunur — FOTOLAR

Los-Anceles yanğınlarından qaçan dünya ulduzu ikiüzlülükdə ittiham olunur — FOTOLAR

Şəxsi təyyarə ilə Meksikaya yollanan məşhur aktyor Leonardo Di Kaprio və sevgilisi Vittoria Ceretti görüntülənib.

Demokrat.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Di Kaprio və Ceretti hava limanında aktyorun atası Corc və həyat yoldaşının müşayiəti ilə foto çəkdiriblər.

Məşhurlar Los-Ancelesdə 100 mindən çox insanı təxliyə etməyə məcbur edən meşə yanğınları fonunda ABŞ-ı tərk edərək Meksikanın Kabo San Lukas şəhərinə gediblər. Di Kaprio, Tom Henks, Entoni Hopkins və Culiya Lui-Dreyfus da daxil olmaqla bir neçə ulduzu evlərini itirib.

Nəşr qeyd edir: "Leonun eko-aktvist kimi reputasiyasını nəzərə alsaq, onun belə böyük təbii fəlakət zamanı şəxsi təyyarədən istifadə etməsi təəccüblüdür".

Hələ 1998-ci ildə Di Kaprio Leonardo DiCaprio Fondunun əsasını qoyub və 20 ildən artıq fəaliyyəti ərzində 200-dən çox müxtəlif ekoloji layihələri maliyyələşdirib. Aktyor iqlim dəyişikliyi ilə mübarizəyə 80 milyon dollardan çox qrant verib.

Həmçinin, "Daily Mail" qeyd edir ki, amerikalı aktyor və ssenarist Larri Devid Meksikaya təxminən eyni vaxtda gəlib.

Los-Anceles yanğınlarından qaçan dünya ulduzu ikiüzlülükdə ittiham olunur — FOTOLAR

Los-Anceles yanğınlarından qaçan dünya ulduzu ikiüzlülükdə ittiham olunur — FOTOLAR

Los-Anceles yanğınlarından qaçan dünya ulduzu ikiüzlülükdə ittiham olunur — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az