Hadisə

Canavar sürüsü Xınalığa hücum etdi — VİDEO

Canavar sürüsü Xınalığa hücum etdi — VİDEO

Qubada yağan güclü qardan sonra canavar sürüsü kəndə girib. Sürü halında dolaşan canavarlar Quba rayonun Xınalıq kəndin yaxınlığında müşahidə edilib.

Kənd sakinləri Oxu.Az-ın bölgə müxbirinə bildiriblər ki, qar yağandan sonra ətrafda çox sayda canavar dolaşmağa başlayıb.

Sürüdə qurdların sayı 7-8, bəzən isə daha çox olub.

Kənd camaatı ayıq-sayıq olduğundan hələ ki, sakinlərə heç bir ziyan dəyməyib. Amma onların kənd üçün təhlükəli olduğu məlum məsələdir.

Sakinlər bildirib ki, canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkinirlər.

D
demokrat.az