Gündəm

"Ulduz" stansiyasında relsin üzərinə düşən sərnişinin vəziyyəti açıqlandı

Ulduz stansiyasında relsin üzərinə düşən sərnişinin vəziyyəti açıqlandı

"Dekabrın 7-də saat 22:44-də 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub".

Bu barədəOxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ona baş beynin travması diaqnozu qoyulub, zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb.

"Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, dünən Bakı metropoliteninin "Ulduz" stansiyasında sərnişinrelsinüzərinə düşərək xəsarət alıb.

NE
Nihadə Eyyubova