Sosial

Türkiyədə məktəb uşaqlarını daşıyan avtobus aşdı — VİDEO

Türkiyədə məktəb uşaqlarını daşıyan avtobus aşdı — VİDEO

Türkiyənin Diyarbəkir şəhərinin mərkəzi ərazisində səhər saatlarında məktəb avtobusu yol-nəqliyyat hadisəsinə səbəb olub.

Demokrat.az bu barədə "Halk TV" kanalına istinadla bildirir.

"Yol-nəqliyyat hadisəsi Sur şəhərinin Ziyaret kəndi ərazisində səhər baş verib. Məktəb avtobusu Ziyaret ibtidai məktəbinə gedən uşaqları aparırmış. Avtobus Günhan kəndi yaxınlığında idarəetməni itirdikdən sonra yoldan çıxaraq tarlaya aşıb", - bildirilib.

Məlumata görə, hadisə nəticəsində sürücü və səkkiz şagird xəsarət alıb, hamısı yüngül zədələr alıb. Zərər çəkənlər ən yaxın xəstəxanalara aparılıb.

NE
Nihadə Eyyubova