Siyasət

Cəmil Həsənli qanunsuz aksiyanı təxirə salmağa çağırdı

Cəmil Həsənli qanunsuz aksiyanı təxirə salmağa çağırdı

Milli Şuranın sədri Cəmil Həsənli qurumun noyabrın 2-nə təyin etdiyi qanunsuz aksiyanı təxirə salmağa çağırıb.

C.Həsənli bu barədə özünün "Facebook" hesabında yazıb.

C.Həsənli razılaşdırılmamış aksiyanın təxirə salınması üçün Milli Şuranın Koordinasiya Şurası və AXCP-nin təcili müzakirə aparmalı olduğunu vurğulayıb.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib. (Report)

D
demokrat.az