İsveçrə Hava Yollarına məxsus sərnişin təyyarəsinin bütün ekipajı göyərtəsindəki naməlum tüstü səbəbindən təcili eniş etdikdən sonraAvstriyadaxəstəxanaya aparılıb.
Demokrat.az xəbər verir ki, bu barədəPYOKportalı məlumat yayıb.
Təyyarə BuxarestdənSürixəuçmaq üçün yola düşüb.
LakinAvstriyanınQrazşəhərinə enməyə məcbur olub. Sərnişinlər hava limanının uçuş zolağına təxliyə edilib.
Swiss International Airlines bildirir ki, təyyarənin mühərrikində nasazlıqlar olub. Nəticədə salonda və kabinədə tüstü yaranıb.
Əfsanə Kamal Demokrat.az


