Gündəm

Partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb

Partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb

Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb.

Demokrat.az "Report"a istinadən verir ki, partlayış zamanı xəsarət alan, 1977-ci il təvəllüdlü Ramin Əliyev dünyasını dəyişib.

2007-ci il təvəllüdlü Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

NE
Nihadə Eyyubova