Sahibkarları narahat edən əsas məsələ AÇIQLANDI

İQTİSADİYYAT 24 okt 2019, 17:44

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarlar arasında müxtəlif sorğular keçirməyi planlaşdırır ki, bunun nəticəsində onların qarşılaşdığı problemlərin həlli yolu araşdırılacaq.


Bunu jurnalistlərə açıqlamasında ASK-nin prezidenti, ASK-ın prezidenti, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Məmməd Musayev deyib.
Onun sözlərinə görə, əsas hədəf “Douing Business”də sahibkarlara yaradılan əlverişli şərait göstərici üzrə bu sahədə 20 ən qabaqcıl ölkələr sırasına çıxmaqdır.
“Yeri gəlmişkən, elə hədəflər də qoyula bilər ki, biz bu sahədə 10-cu yerdə qərarlaşaq”, - M. Musayev qeyd edib.
O həmçinin əlavə edib ki, bu gün sahibkarları narahat edən məsələlərdən biri kredit faizinin yüksək olmasıdır.


“Qeyd edim ki, hazırda "Aqrarkredit"in verdiyi kreditlərin böyük əksəriyyəti Sahibkarlığın İnkişafı Fondunun kreditləridir, onların da faiz dərəcəsi 5–7% arasında dəyişir. Bu, kiçik və orta biznes üçün çox əlverişlidir, məhz buna görə bizim müştərilərimizin sayı 6 mindən yuxarıdır”, - M. Musayev əlavə edib. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top