"Qala Sığorta" və "Qala Həyat Sığorta" Şuşada keçirilən Türk Sığorta Birliyinin Assambleyasında iştirak edib — FOTOLAR

MALİYYƏ 17 sentyabr 2025, 13:40
Şuşada Türk Sığorta Birliyinin ilk Assambleyası çərçivəsində təşkil olunan tədbirdə “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətlərinin rəhbər heyəti iştirak edib.

Demokrat.az
xəbər verir ki, toplantıda sığorta sənayesinin inkişaf perspektivləri, əməkdaşlıq imkanları və beynəlxalq təcrübələrin paylaşılması məsələləri müzakirə olunub. 

Tədbir çərçivəsində iştirakçılar regional sığorta bazarının mövcud çağırışları və gələcək hədəfləri barədə fikir mübadiləsi aparıblar.

“Qala Sığorta” və “Qala Həyat Sığorta”nın rəhbər heyəti Assambleyada sığorta sektorunun innovativ inkişaf istiqamətlərini yaxından izləyib, həmçinin şirkətlərin fəaliyyətinin beynəlxalq təcrübə fonunda daha da gücləndirilməsi üçün yeni imkanların dəyərləndirilməsinə xüsusi diqqət yetirib.

Tədbirdə qeyd olunub ki, Türk Sığorta Birliyinin Şuşada keçirilən ilk Assambleyası Azərbaycan sığorta bazarının regional əməkdaşlıqda iştirakını gücləndirmək baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.










Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top