İspanyada baş verən daşqınlar sonrası ərazini ziyarət edən Baş nazir Pedro Sançes hücuma məruz qalıb.
Demokrat.az xəbər verir ki, İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska TVE telekanalına müsahibəsində bildirib ki, baş nazir Pedro Sançesin vurulması ilə bağlı Mülki Qvardiyanın təhqiqatına başlayıb.
"Mülki Qvardiyanın İnformasiya Qərargahı istintaqı öz üzərinə götürüb", - deyə nazir bildirib.
Qrande-Marlaskanın sözlərinə görə, Sançesə hücumun aqressiv iştirakçıları çox güman ki, mütəşəkkil hərəkət ediblər.
Oktyabrın 29-da Valensiyanın bəzi ərazilərində yağıntı bir neçə saat ərzində bir illik yağıntıya bərabər olub. Bəzi yerlərdə göydən düşən suyun həcmi hər kvadratmetrə 500 litrə çatıb.
Əfsanə Kamal Demokrat.az


