Dünya

Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı

Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı

Qəzza zolağında davam edən döyüşlərdə azı 182 jurnalist həlak olub.

Bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

"Qəzza zolağında davam edən döyüşlər onu işıqlandırmaq istəyən jurnalistlərə ciddi zərbələr vurur. Söhbət bu döyüşlər zamanı öldürülən 182 jurnalistdən gedir, onlardan bəziləri ailələri ilə birlikdə həlak olublar", - deyə telekanal qeyd edir.

Kanal bildirir ki, mülki ərazilər və infrastruktur tez-tez hədəfə alınır, hava zərbələrinə məruz qalır, bu da jurnalistlərin hadisələri təhlükəsiz şəkildə yayımlamasını çətinləşdirir.(oxu.az)

NE
Nihadə Eyyubova