Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən konfransda ölkədə inflyasiyanın səviyyəsindən danışıb. T.Kazımov bildirib ki, hazırda Azərbaycanda inflyasiyanı artıran amil xarici ticarət tərəfdaşımız olan ölkələrdəki bahalaşma, inflyasiyanı azaldan amil isə manatın nominal effektiv məzənnəsinin artmasıdır. AMB sədri qurumun illik inflyasiya proqnozuna düzəliş etdiyini xatırladıb: "Bu il üçün inflyasiya proqnuzunu 0,3 faiz bəndi azaldaraq 5,1 %, gələn il üçün isə inflyasiya proqnozunu 0,3 faiz bəndi artıraraq 5,8 %-ə çatdırmışıq".
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, xarici ticarət tərəfdaşımız olan ölkələrdəki bahalaşmanın qarşısını almaq mümkün deyil. Yerli istehsalı artıraraq idxaldan asılılığı azaltmaqla inflyasiyada dəyişikliyə nail olmağa gəlincə isə ekspert bunun da çıxış yolu olmadığını bildirib:

Törə Zeynallı Demokrat.az


