Dünya Özəl

Rusiya İranla ticarətin kəskin artacağını proqnozlaşdırırdı

Rusiya İranla ticarətin kəskin artacağını proqnozlaşdırırdı

2025-ci ildə Rusiya ilə İran arasında ticarət dövriyyəsi təxminən 25% artacaq. Bu, ölkələr arasında ödənişlərin qurulması sayəsində mümkün olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə TASS Rusiya-İran İşgüzar Şurasının sədri Leonid Lojeçkoya istinadən yazır.

“Bizim potensial ticarət dövriyyəmiz daha yüksəkdir. Biz bunu artıq 16-20 milyard dollar səviyyəsində görürük”, - deyə ekspert qeyd edib.

Lojeçko əlavə edib ki , ödənişlərlə bağlı çətinliklərlə yanaşı,Rusiya Federasiyası ilə İran arasında ikitərəfli ticarətin artmasına əlverişsiz nəqliyyat logistikası mane olur. O vurğulayıb ki, Şimal-Cənub dəhlizinin qərb hissəsi tamamlanan kimi yük daşımaları 15 milyon tona yüksələcək.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova