Siyasət Özəl

Pakistanla Azərbaycan münasibətləri necə inkişaf edir? — AÇIQLAMA

Pakistanla Azərbaycan münasibətləri necə inkişaf edir? — AÇIQLAMA

Pakistanla Azərbaycan arasında 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış üç mühüm saziş təsdiqlənib.

Azərbaycanla Pakistan arasındakı mühüm əlaqələrin zəminində yatan səbəblər haqqında politoloq Sədrəddin Soltan Demokrat.az-a danışıb:

Pakistanla Azərbaycan münasibətləri necə inkişaf edir? — AÇIQLAMA

"Azərbaycanla Pakistan arasındakı münasibətlər yüksək səviyyədədir. Bu il iyunun 11-də Prezident İlham Əliyev Pakistana dövlət səfəri edib. Ölkələr arasında mədəni sahələrə aid müqavilələr imzalanıb. Üç mühüm saziş imzalanıb. Onlar preferensial ticarət sazişi, tranzit ticarət sazişi və hava əlaqəsinə dair sazişdir. Bu sənədlər parlament tərəfindən təsdiqlənib. Onu göstərir ki, Azərbaycan və Pakistan arasında iqtisadi-ticari əlaqələr inkişaf edən xətt üzrə hərəkət edir. Pakistandan Avropa ölkələrinə nəql olunan məhsulların Orta Asiyadan Azərbaycana və buradan xaricə çıxması məsələsi də əlaqələrin tərkib hissəsidir. Gələcəkdə əks istiqamətdə (Avropadan Pakistana) ticarət əlaqələrinin qurulmasında da Azərbaycan tranzit yol funksiyasını oynaya bilər.

Bütün bunlar iki ölkə arasındakı dostluq əlaqələrindən xəbər verir. Ümumiyyətlə, Pakistan müstəqilliyimizi tanıyan ilk dövlətlərdəndir. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın Qarabağla bağlı məsələsində daim haqlı mövqeyini müdafiə edib. Pakistan təcavüzkar Ermənistanla əlaqələrini indiyə qədər bərpa etməyib. Müsəlman ölkələri arasında yeganə ölkədir ki, Azərbaycana qarşı bu qədər təşəbbüskeşdir".

Politoloq qeyd edib ki, qonşu İran da İslam Respublikasıdır. Amma Azərbaycana münasibəti o səviyyədə deyil:

"Pakistanla Türkiyənin xoş münasibətləri olması Azərbaycanla da yüksək münasibətlər qurulmasına təsir göstərir. Vətən Müharibəsi dövründə Pakistanın tutduğu mövqe Azərbaycan ictimaiyyətinə yansıdı. Pakistan həmin dövrlərdə Azərbaycana Türkiyə qədər yaxın idi. Bu münasibətlərin müasir dövrdəki tarixi 30 ildən də çoxdur. Sovet dövründə də iki ölkə arasında münasibətlər olub. Sadəcə həmin dövrdə hər şey Moskva tərəfindən idarə olunurdu. Buna görə də əlaqələrimizin tarixi o qədər də dərin deyil. Baş verən hadisələr bu əlaqələrin möhkəm təməl üzərində qurulmasına zəmin yaradıb".

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova