İnfrastruktur

ADY və "Bakı Metropoliteni" yeni qatar və vaqonlarla təchiz ediləcək

ADY və Bakı Metropoliteni yeni qatar və vaqonlarla təchiz ediləcək

"Yaxın illərdə Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yeniləcək".

Demokrat.azxəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə deyib.

O qeyd edib ki, qarşıdakı aylarda "Azərbaycan Dəmir Yolları" QSC və "Bakı Metropoliteni" QSC yeni qatar və vaqonlarla təchiz ediləcək.

"Həmçinin aviasiya parkı 30-dan çox müasir təyyarə ilə yenilənməsi görülən işlərin təzahürüdür".

D
demokrat.az