Gündəm Özəl

Politoloq: "Kamala Harris bu siyasəti davam etdirəcək"

Politoloq: Kamala Harris bu siyasəti davam etdirəcək

Hazırda Amerika- Azərbaycan münasibətlərində soyuq küləklər əsir.

Məsələ ilə bağlı Demokrat.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Amerika-Azərbaycan münasibətləri hazırda heç də yaxşı dövr yaşamır: ​"Bu vəziyyət faktiki olaraq il yarımdır ki, davam etməkdədir. Keçən ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatlarından sonra ABŞ təzyiqləri atırmağa başladı.Keçən il Amerika konqresində keçirilən dinləmələrdə dövlət katibinin müavinləri tərəfindən səsləndirilən fikirlər qəbuledilməz idi. Keçən ilin noyabrında Azərbaycan təzyiqlərə cavab olaraq bir çox vəzifəli şəxslərin ölkəmizə girişinə qadağa qoymuşdu. Sonradan bu vəziyyət nisbətən yumşaldılsa da, ABŞ-ın Qarabağ erməniləri üzərində təzyiq siyasəti həyata keçirməsi tərəfimizdən etirazla qarşılanır.Bununla bağlı Azərbaycan Prezidentinin Cəbrayılda keçirdiyi görüşdə də açıq mətnlə mövqeyimiz ifadə olunub.Bayden adminstrasiyası Amerika tarixində ən ermənipərəst adminstrasiya kimi tarixə düşüb"

Politoloq qeyd edib ki, ABŞ-da keçirilən seçkilər dünyada baş verən proseslərə ciddi təsir edəcək: "Düşünürəm ki, namizəd Kamalla Harrisin qalib gəlməsi Azərbaycanın marağına uyğun olmaz. Çünki onun hakimiyyətə gəlməsi Bayden adminstrasiyasının siyasətinin davamı olacaq. Kamala Harris bu siyasəti davam etdirməyəcəyini desə də, siyasi xəttdən kənara çıxacağı gözlənilmir.

Trampın prezidentliyi bölgə üçün daha uyğundur. Trampın erməni diasporası ilə əlaqəsi yoxdur. Onun hakimiyyəti dövründə beynəlxalq məsələlərlə deyil, Amerikanın iqtisadi məsələləri ilə daha çox məşğul olduğunu görmüşük. Trampın verdiyi bəyanatlardan da görürük ki, o, özünün birinci hakimiyyəti dövründəki siyasətini davam etdirəcək. Bu da Güney Qafqazdaki proseslərə müsbət təsir edə bilər. O cümlədən, Azərbaycan- Amerika münasibətləri də dəyişə bilər".

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova