Dünya Özəl

Federasiya Şurası Ukraynanın NATO-ya üzv olmaq qabiliyyətinə şübhə ilə yanaşıb

Federasiya Şurası Ukraynanın NATO-ya üzv olmaq qabiliyyətinə şübhə ilə yanaşıb

Ukraynanın NATO- yadaxil olması məsələsi çətin ki, baş tutsun.

Demokrat.az xəbər verir ki, bu fikri Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasindeyib.

Senator bildirib ki, Rusiya Ukraynanın NATO-ya qoşulmasının qəti əleyhinədir, çünki alyans Rusiya Federasiyasının dövlət sərhədinə doğru çox irəliləyib.

O qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenskiyə alyansa qoşulmaq üçün konkret şərtlər verilir ki, bu da ölkədəki korrupsiya ilə bağlıdır.

“Bu o deməkdir ki, üzvlük məsələsinin özü uzun müddətdir dayandırılıb və çətin ki, həll olunsun”, – deyə Karasin bildirib.

Onun fikrincə, Qərbdə məsuliyyətli siyasətçilər ağıllı fikirlər formalaşdırmağa başlayıblar və bu o deməkdir ki, insanlar təkcə anti-Rusiya mövzularında fəlsəfə etmək deyil, məntiqi mənada düşünməyə başlayırlar.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova