Şou-biznes

"Səyyadın ölümündən sonra hamı biri-birindən xəcalət çəkir"

Səyyadın ölümündən sonra hamı biri-birindən xəcalət çəkir

"Səyyadın ölümündən sonra hamımız parçalandıq. Biri-birimizin evinə getməyə də utanırıq. Hamı biri-birindən xəcalət çəkir ki, ona kömək edə, yaşada bilmədik. Amma o kömək edərdi".

Bu sözləri mərhum müğənni Səyyad Əlizadənin bacısı "Xəzər axşamı" verilişinə müsahibəsində deyib. Sənətçinin övladıAtabəy isə əkiz qardaşı Məhəmmədin məzarı önündə onun ölümündən danışıb:

"Qardaşım 2006-cı ildə 1 yaşında qaraciyər çatışmazlığından vəfat edib. O dünyasını dəyişəndən sonra atam depressiyaya düşdü. Atam qardaşımın3 böyük portretini çəkdirmişdi. Amma ürəyindəki alovu sönmürdü. 2007-ci ildə "Səni mən çox axtarmışam" mahnısı yazdırdı. Bu mahnı qardaşıma həsr olunub".

Qeyd edəkki, Səyyad Əlizadə 2021-ci ilin sentyabrında koronavirusdandünyasını dəyişib.(axsam.az)

NE
Nihadə Eyyubova