Sosial Özəl

"Oranın mənə məxsus olması yalandır" — Direktor vətəndaşlarda narazılıq yaradan "Beşmərtəbə" yeraltı keçidindəki satışdan DANIŞDI

Oranın mənə məxsus olması yalandır — Direktor vətəndaşlarda narazılıq yaradan Beşmərtəbə yeraltı keçidindəki satışdan DANIŞDI

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov paytaxtın mərkəzində yerləşən "Beşmərtəbə" adlanan yeraltı keçidin turistlər üçün ciddi təhlükə yaratması və keçiddən istifadə edən vətəndaşların buradakı anti-sanitar vəziyyətdən şikayətlənməsi məsələsinə münasibət bildirib.

İntiqam Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, sözügedən yeraltı keçid Bakı Şəhər Ticarət və Xidmət Departamentinin balansında deyil:

"O ticarət yerinin bizə aidiyyəti yoxdur. Ora şəxsi mülkiyyətdə olan yerdir. Özlərinə müraciət edin. Həmin ticarət obyektlərinə yaxınlaşsanız, yəqin ki, sizə deyəcəklər" .

İntiqam Məmmədov yeraltı keçiddəki ticarət obyektlərinin ona məxsus olması iddialarına da münasibət bildirib:

"Oranın mənə məxsus olması barədə deyilənlərin hamısı yalandır, həddindən artıq yanlış məlumatdır. Mən heç o ərazidə olmamışam".

Törə Zeynallı Demokrat.az

D
demokrat.az