Gündəm Özəl

“Pambıqçılıqdan əl çəkməlidirlər...” — “Ağ qızıl”ın məhsuldarlığı niyə aşağıdır?

“Pambıqçılıqdan əl çəkməlidirlər...” — “Ağ qızıl”ın məhsuldarlığı niyə aşağıdır?

Kənd Təsərrüfatı Nazirliyi bu il Sabirabadda pambığın məhsuldarlığının artacağını proqnozlaşdırır. Bu il Sabirabad rayonunda 13,551 hektarda pambıq əkilib. Cari ildə hər hektardan 31,8 sentner məhsul götürülməsi proqnozlaşdırılıb.

İqtisadçı ekspert Akif Nəsirliyinin sözlərinə görə pambıqçılıq Azərbaycanda inkişaf etməyən kənd təsərrüfatı sahələrindən biridir. Ekspert Demokrat.az-a bunun səbəblərini belə açıqlayıb:

“Dünyada pambığın məhsuldarlığı 20-30 sentlə məhdudlaşmır, 40-50 sent pambıq verən sortlar yetişdirilir. Amma Azərbaycanda hələ 32 sentə yaxın göstərici uğur sayılır. Azərbaycanda iqlim şəraiti, torpaq örtüyü yüksək məhsuldarlıqlı pambıq yetişdirməyə qadir deyil. Həm də bizim pambığımızı Türkiyədən başqa heç bir ölkə almır. Ümumiyyətlə mən onun tərəfdarıyam ki, fermerlər pambıq əkməkdən əl çəksinlər. Pambıq əkmək kənd təsərrüfatının digər sahələrinə mənfi təsir göstərir. Azərbaycan ərazisində Bərdədən başqa pambıq yetişdirmək üçün münbit rayon yoxdur. Hökumətin dəstəyi olmasa, bu gün heç kim pambıq əkməz. Çünki əks halda fermerlər ili zərərlə başa vurarlar. Fermerləri pambıq əkməyə təşviq etmək doğru deyil. Azərbaycan pambıq yetişdirmək üçün uyğun ölkə deyil. Pambıq əkilən yerləri maldarlığa, örüş yerlərinə ayırmaq olar. Bununla heyvandarlıq, yerli ət istehsalı inkişaf edər. Tələbat yerli məhsul hesabına ödənər, ətin qiyməti də bahalaşmaz. Pambığın əvəzinə digər əkinçiklik məhsulları əkilə bilər, kənd təsərrüfatının həm əkinçilik, həm də maldarlıq qolu inkişaf edər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova