“BakıKart” tətbiqində olan nasazlıqlar sentyabrın 25-nə qədər aradan qaldırılmalı və yenidən istifadəyə verilməlidir.
Bu sözləri Demokrat.az-a açıqlamasında “BakıKart” tətbiqində yaranan çətinliklərlə bağlı məsələyə münasibət bildirərkən nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O bildirib ki, belə hallar yaşandıqda problem yaranmaması üçün dayanacaqlarda “BakıKart” ödəmə terminallarının sayının artırılmasına ehtiyac var:
“Doğrudur, indi bir çox yerlərdə “Milli Ön”lə ödəmək mümkün olur. Amma yaxşı olardı ki, onların sayı artırılsın. Buna ehtiyac var. Çünki son dövrlərdə vətəndaşların ictimai nəqliyyata daha çox üstünlük verdiyini görürük. İctimai nəqliyyatın isə avtobus seqmentindən daha çox istifadə edirlər. Ona görə də bu əlçatanlığın daimiliyini təmin etmək üçün belə addımlar atmğa ehtiyac var”.
Mehriban Mirzəzadə Demokrat.az


