Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında yeni əməliyyat keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İraqın şimalındakı "Pençe-Kilit" əməliyyat bölgəsində 2, Suriyanın şimalındakı "Fırat Kalkanı" əməliyyat bölgəsində isə 1 PKK terrorçusu öldürülüb.
Nazirliyin sözlərinə görə, terrorçulara qarşı mübarizə davam edir.
Mehriban Mirzəzadə Demokrat.az


