Gündəm Özəl

Ədalət Verdiyev: “Paşinyanın ikili oyunları Azərbaycanın tükənmiş səbrini daşırır”

Ədalət Verdiyev: “Paşinyanın ikili oyunları Azərbaycanın tükənmiş səbrini daşırır”

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın "Vətən naminə Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə görüşündə oktyabrın 2-dən etibarən aktiv mübarizənin bərpa olunacağını və İrəvanda Respublika meydanında mitinq keçirəcəyini bəyan edib.

Ermənistan yenidən mitinqlər keçirməyə başlayıb. Bəs, buna səbəb nədir?

Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev deyib ki, Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" hərəkatı özünün aktuallığını qismən itirib:

Ədalət Verdiyev: “Paşinyanın ikili oyunları Azərbaycanın tükənmiş səbrini daşırır”
“Daha əvvəllər bu hərəkatın mitinqlərinə kifayət qədər yerli əhali cəlb olunurdusa, artıq son foto-video materiallarda bu say minimuma qədər azalıb. Digər tərəfdən isə Paşinyan komandası da Koçəryanla birbaşa əlaqəli olan Baqrat Qalstanyanın fəaliyyətlərinə o qədər də önəm vermir. Digər tərəfdən isə Baqrat Qalstanyan ilk etiraz aksiyalarına məhz Azərbaycana qaytarılan kəndlərə yaxın ərazilərdə başlamışdı. Baqratın aksiyaları o zaman daha kütləvi xarakter daşıyırdı. Lakin bu Azərbaycana öz şərtlərini Ermənistana diqtə etməyə, yəni Qazaxın 4 kəndini Azərbaycana qeyri-şərtsiz qaytarılmasına mane olmadı. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, nə separatçı rejimin Azərbaycana qarşı fəaliyyətlərinə, nə də Baqratın revanşist çağırışlarına reaksiya verir. Sanki Ermənistan iqtidarı Azərbaycana qarşı fəaliyyət göstərən qurumlardan müəyyən şəxsi məqsədlər üçün istifadə edir. Sanki sülh müqaviləsinin uzanmasını, o cümlədən Zəngəzur dəhlizinin açılmamasını məhz bu etiraz aksiyası ilə əsaslandırmağa çalışır. Paşinyanın bu tip ikili oyunları isə təbii ki, Azərbaycanın tükənmiş səbrinin daşmasına yönəlik addımlar kimi baxılmalıdır”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova