Hadisə

İranda avtobus qəzaya uğradı: 55 nəfər xəsarət alıb

İranda avtobus qəzaya uğradı: 55 nəfər xəsarət alıb

İranın şimalındakı Rəzəvi Xorasan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 55 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, Səbzevar-Nişapur yolunda avtobus yük maşını ilə toqquşub.

Hadisə yerinə dörd təcili yardım maşını cəlb olunub. Beş yaralı xəstəxanaya yerləşdirilib.

NE
Nihadə Eyyubova