Gündəm Özəl

Dövlət təkcə idmana diqqət edir deyə bir anlayış yoxdur —Təhsil eksperti

Dövlət təkcə idmana diqqət edir deyə bir anlayış yoxdur —Təhsil eksperti

Düşünürəm ki, imtahanda 700 bal toplamaqla, olimpia adını qazanan şəxsi mükafatlandırmaq və qiymətləndirmək tamamilə fərqli yanaşmalardır. Əgər olimpia çempionuna bu mükafat uğur qazandığı halda bir dəfə verilirsə, 700 bal toplayan tələbənin isə dövlət onun təhsil müddətində təhsilini qarşılayır, əlavə xərclərini ödəyir, prezident təqaüdü ilə mükafatlandırılır.

Bu sözləri Demokrat.az-a açıqlmasında təhsil eksperti Vüsal Kərimli deyib. O bildirib ki, dövlət idmançıya bir dəfə pul verdi deyə təhsilə diqqət etmir düşüncəsi ilə qəti razılaşmıram:

“Doğrudur, dövlət daha yaxşı təminat verə bilər, amma dövlət hər ikisi üçün də əlindən gələni edir. Yəni bu məsələdə iki tərəfi müqayisə etmək fərqlidir. Sferalar da tam fərqlidir. Dövlət təkcə idmana diqqət edir deyə bir anlayış yoxdur. Mən bununla qəti razılaşmıram”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova