Fransa bundan əvvəl Olimpiya oyunlarına ev sahibliyi edə bilməməsini nümayiş etdirmiş oldu. Rəsmi Parisin ümumiyyətlə olimpiya yarışı yox, hansısa bir idman tədbirinə, beynəlxalq səviyyəli tədbirə ev sahibliyi edə bilməməsi çox aydın nümayiş olundu.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, Fransa televiziyasının Azərbaycan olimpiadaçılarının keçidində göstərdiyi və ortaya qoyduğu mövqedə onu nümayiş etdirdi ki, Fransa ədalətə və obyektivliyə əsla malik olmayan bir ölkədir: 
“Paraolimpiya oyunlarında da yenidən milli komandanımıza qarşı təxribat törədildi. Hesab edirəm ki, Azərbaycanın Beynəlxalq Olimpiya komitəsinin müraciətindən sonra da Fransaya qarşı daha kəskin addımlar atılmalı idi, amma atılmadı. Heç olmasa bu dəfə Paralimpiya Komitəsi daha kəskin mövqe nümayiş etdirsin.Beynəlxalq idman cəmiyyəti və idman təşkilatları bu məsələdə daha kəskin mövqeyini nümayiş etdirə bilmirlər. Belə olduqda da, Fransa uğursuz ev sahibliyi silsiləsini davam etdirir”.
Mehriban Mirzəzadə Demokrat.az


