Dünya Özəl

Talibandan yeni qərar: Küçələrdə qadınların səsi eşidilməsin!

Talibandan yeni qərar: Küçələrdə qadınların səsi eşidilməsin!

Əfqanıstanda Taliban administrasiyası daha bir sıra qadağaları, o cümlədən qadınların ictimai yerlərdə eşidilə bilən səslə danışmasının qadağan edilməsini təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlunata görə, yeni qaydalar qadınların evdən kənarda üzlərini göstərməsini tamamilə qadağan edir.

Rejim iddia edir ki, sosial qaydalarla bağlı bu son qanunlar “fəziləti təbliğ etmək və əxlaqsızlığı aradan qaldırmaq” məqsədi daşıyır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) "əxlaq və fəzilət"lə bağlı son qadağaları pisləyib.

Qanunun icrasına nəzarət edəcək Əxlaqın Təbliği və Pisliklərin qarşısının alınması Nazirliyi olan qurum ölkədə heç kimin bu qanunlardan azad olmadığını vurğulayıb.

Taliban administrasiyası Muhtesip adlı əxlaq polisi vasitəsilə ictimai həyatı məhdudlaşdırır.

Yeni qanunla möhtəsiblər əfqanların ictimai yerlərdə necə göründüyünə, nə yeyib-içdiyinə müdaxilə edə biləcək.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova