Hadisə

102 yaşlı müharibə veteranı vəfat etdi

102 yaşlı müharibə veteranı vəfat etdi

İkinci Dünya müharibəsinin İmişli rayonundan olan iştirakçısı Nəbi Nuriyev vəfat edib.

Demokrat.az-ın məlumatına görə, o, 102 yaşında dünyasını dəyişib və rayonun Qaralar kəndində dəfn edilib.

Qeyd edək ki, N. Nuriyev 1942-ci il fevralın 28-də cəbhəyə yollanıb.

Ümummilli Lider Heydər Əliyevin Böyük Vətən Müharibəsində faşizm üzərində çalınan qələbənin 55 illiyi ilə bağlı 2000-ci ildə imzaladığı Sərəncamla Nəbi Nuriyev də “1941-1945-ci illər müharibəsi veteranı” döş nişanı ilə təltif olunub.

D
demokrat.az