Cənubi Koreyada həddindən artıq istilər nəticəsində 28 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin (KDCA) verdiyi açıqlamada deyilib.
Məlumata görə, mayın 20-dən bu yana həddindən artıq isti havanın səbəb olduğu 3 min 19 sağlamlıq probleminin qeydə alındığı açıqlanıb.
Açıqlamada, həddindən artıq istilərlə əlaqədar paytaxt Seul da daxil olmaqla, ölkə üzrə 92 bölgədə həyəcan təbili çaldığı bildirilib.
Mehriban Mirzəzadə Demokrat.az


