Dünya

“O, ruslar üçün yeni Basayevdir” — Putin Zelenskini ölümlə təhdid etdi

“O, ruslar üçün yeni Basayevdir” — Putin Zelenskini ölümlə təhdid etdi

Çeçenistanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin əsəbi açıqlamalarla yadda qalıb.

Demokrat.azSAVASH.MEDİA-ya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsini Beslandakı terror aktı ilə müqayisə edən dövlət başçısı Ukrayna prezidenti Zelenskini ölümlə təhdid edib:

“İndi Zelenski ruslar üçün eyni aqibəti yaşayacaq Basayevdir. Zelenskinin himayədarları isə əxlaqsız insanlardır, onlarla danışıqlar aparılmayacaq”.

Xatırladaq ki, Şamil Basayev 2006-cı ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən partlayıcı maddələr yerləşdirilən yük maşınının partlaması nəticəsində həlak olub.

NE
Nihadə Eyyubova