Azərbaycanın Əməkdar jurnalisti, Oxu.Az-ın əməkdaşı Nair Əliyev dünyasını dəyişib.
Demokrat.azxəbər verir ki, jurnalist uzun sürən xəstəlikdən sonra vəfat edib.
Nair Əliyev 2021-ci ildən Oxu.Az-da çalışıb. Özünəməxsus yanaşması, xarici ölkə rəsmilərindən və ekspertlərindən eksklüziv açıqlamaları və məqalələri olub.
Qeyd edək ki, Əməkdar jurnalist 1974-cü ildə anadan olub. O, uzun müddət "Exo" qəzetinin baş redaktorunun birinci müavini, daha sonra isə ölkənin bir sıra aparıcı mətbu orqanlarında çalışıb.
"Demokrat.az" kollektivi Nair Əliyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət etsin!


