İtaliyanın Siciliya adasındakı Palermo şəhəri sahillərində yelkənli qayıq aşıb.
Demokrat.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
Məlumata görə, yelkənli qayığın batması nəticəsində 2-si Britaniya-Fransa, 1-i İrlandiya, 1-i Yeni Zelandiya, 1-i Şri-Lanka və 17-si Böyük Britaniya vətəndaşı olmaqla, 7 nəfərin itkin düşdüyü bildirilib.
İtaliya Sağlamlıq Təhlükəsizliyi tərəfindən edilən açıqlamada qasırğa və dalğalı dənizin vurduğu bölgədə gün çıxanda İngiltərə bayrağı daşıyan 50 metrlik yelkənli qayığın batdığı, 1-i uşaq olmaqla 15 nəfərin xilas edildiyi bildirilib.
İtaliya yanğınsöndürmə idarəsinin dalğıcları sahildən yarım mil aralıda, təxminən 50 metr dərinlikdə yerləşən gəminin ətrafında axtarışlarını davam etdirirlər.
Mehriban Mirzəzadə Demokrat.az


