Dünya Özəl

Aİ İsrail hökumətinə qarşı sanksiyalar tətbiq edəcək

Aİ İsrail hökumətinə qarşı sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) İordan çayının qərb sahilindəki Cit kəndində israilli mühacirlərin fələstinlilərə hücumlarından sonra İsrail hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiq olunması məsələsini nəzərdən keçirəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrell X sosial şəbəkəsindəki ( keçmiş Twitter) səhifəsində məlumat yayıb.

“Mən İsrail hökumətinin bəzi üzvləri də daxil olmaqla, israilli köçkünlərin tərəfdarlarına qarşı Aİ-yə sanksiyalar təklif etmək niyyətimi təsdiq edirəm”,- deyə qeyd edib.

Avropa diplomatiyasının rəhbəri bildirib ki, İordan çayının qərb sahilindəki israilli məskunlaşanlar uzun müddətdir ki, bölgədə zorakılığı qızışdırmaq üçün cəzasız qalıblar və bu, Fələstin-İsrail münaqişəsinin həlli şanslarını təhlükə altına alıb.

Bununla bağlı Borrell İsrail hökumətinin üzvlərini regionda qanunsuz hərəkətləri dayandırmağa çağırıb.

Avqustun 15-də Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üzrə danışıqların növbəti mərhələsi başlayıb.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova