Dünya Özəl

Bu ölkə ABŞ-dan hücum helikopterləri alacaq

Bu ölkə ABŞ-dan hücum helikopterləri alacaq

Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamysz, ABŞ-la 96 ədəd "AH-64E Apache" helikopteri, müvafiq avadanlıq, logistika və təlim paketinin tədarükü üçün 10 milyard dollarlıq müqavilə imzalandığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Polşanın PAP agentliyi məlumat yayıb.

Məlumata görə, İnovroslavdakı 56-cı aviabazada ABŞ və Polşa arasında müqavilənin imzalanma mərasimi keçirilib.

Müdafiə naziri Kosiniak-Kamysz burada etdiyi şərhdə, ABŞ ilə 96 ədəd "AH-64E Apache" helikopteri, əlaqədar avadanlıq, logistika və təlim paketinin tədarükü üçün 10 milyard dollarlıq müqavilə imzalandığını açıqlayıb:

"Bu, ordunun ən müasir vertolyotlarla çevrilməsi üçün əhəmiyyətli bir mərhələdir”,- deyə o qeyd edib.

Mehriban Mirzəzadə Demokrat.az

D
demokrat.az