İranın Kirman vilayətinin Rəfsəncan şəhərində 10 nəfəri öldürməkdə təqsirli bilinən şəxs edam edilib
Demokrat.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, Kirman şəhərinin baş prokuroru İbrahim Həmidi məsələ ilə bağlı məlumat verib.
Həmidi, "2022-ci il avqustun 7-də 6 əfqan və 4 iranlını bıçaqla qətlə yetirən şəxs bu gün Rəfsəncan həbsxanasında edam edilib", - deyə qeyd edib.
İran rəsmisi onu da bildirib ki, edam qərarla bağlı hüquqi proses başa çatdıqdan sonra həyata keçirilib.
Mehriban Mirzəzadə Demokrat.az


