Kriminal Özəl

Habil Vəliyevin məhkəməsi başladı

Habil Vəliyevin məhkəməsi başladı

"Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoruHabil Vəliyevincinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinndə hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 27-ə təyin olunub.

İttihama görə, “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoruHabil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, H.Vəliyev 5 il əvvəl şantaja görə 4 il müddətinə azadlıqdan məhrumedilmişdi.O, bu dəfə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova