Sosial Özəl

Politoloq: "Avropada Qərbi azərbaycanlıların qayıdışı məsələsinə laqeyd yanaşılır"

Politoloq: Avropada Qərbi azərbaycanlıların qayıdışı məsələsinə laqeyd yanaşılır

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaar “JAM news” media resursuna müsahibə verib.

O, “Qarabağ ermənilərinin” geri qayıtmasının Azərbaycanın öhdəliyi olduğu, Ermənistandan zorla qovulmuş azərbaycanlıların geri qayıtmasının Azərbaycan-Ermənistan normallaşma prosesinin nəticəsindən asılı olduğu, “Qarabağ ermənilərinin” məsələsinin xüsusi hal olduğu barədə fikirlər səsləndirib.

Klaarın fikirlərinə münasibət bildirən politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, bu, Avropa İttifaqının Azərbaycana və Ermənistana münasibətdə fərqli mövqedə olduğunu göstərir:

“Qarabağ ermənilərinin qayıtması məsələsinə həssas yanaşılır, amma qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsinə gəldikdə isə bu barədə susuqunluq nümayiş etdirirlər.

Faktiki olaraq deyirlər ki, ermənilərin Qarabağa qayıdışı Azərbaycanın öhdəliyidir, amma azərbaycanlılar Ermənistanla danışıqlardan sonra, rəsmi İrəvan icazə verərsə, öz torpaqlarına qayıda bilərlər. Qarabağ münaqişəsi 30 il əvvəl başlayıb, azərbaycanlıların Ermənistandan qovulmasına da təxminən həmin illərdə başlanılıb.

Azərbaycan Qarabağı azad edib, burada yenidən yaşayış bərpa olunur, ona görə də Avropa İttifaqı ermənilərin qayıtmasını istəyir, halbuki ermənilər elə münaqişədən sonra köçürülüb Qarabağa. Azərbaycanlılarla ermənilər arasında fərq qoyulması düşünürəm ki, ikili standartlardan irəli gəlir və doğru yanaşma deyil”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az