"Park Hill" memarlıq və tikinti şirkəti "Park Qarabağ" layihəsi çərçivəsində Ağdamda yeni binaların inşasına başlayıb. Şirkətin bununla bağlı sosial şəbəkələrdə yaydığı elanda mənzillərin 24-36 ay müddətində daxili kreditlə müştərilərə təklif olunduğu bildirilib. Qeyd olunub ki, mənzillər faizsiz kreditlə və ilkin ödəniş 30 təklif olunur. Bir kvadratmetrə görə qiymət 1500-1600 manat arasında dəyişir. Mənzillər Ağdamın mərkəzində, Cümə məscidinə yaxın ərazidə tikilir və binalar 2025-ci ilin sonunda təhvil veriləcək. Vətəndaşlar bu qiymətlərin paytaxt Bakıda, şəhərindən mərkəzində yerləşən mənzillərlə eyni olduğunu bildiriblər.
Bəs, "Park Qarabağ" layihəsi çərçivəsində Ağdamda tikilən evlərin qiymətinin baha olmasına səbəb nədir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, satışa çıxarılan bu mənzillər kənardan gedən insanlar üçün nəzərdə tutulub, çünki məcburi köçkünləri dövlət onsuz da ev ilə təmin edir.
Elnur Fərzəliyevin sözlərinə görə, işğaldan azad olunmuş torpaqlarda yaşamaq istəyən şəxslər yetərincə çoxdur: 
Eyni zamanda, həmin ərazilər təhlükəli zona olduğuna görə oraya gedən işçilərin əmək haqqı digər işçilərdən daha çoxdur. Fəhlələrin saxlanması və digər xərcləri var ki, bunlar da qiymətləri artırır. Həmçinin, bu ərazilərdə bir canlanma olsun deyə tikinti şirkətləri cəlb olunur. Yəni, yeni iş yerlərinin açılması, usta işçi qüvvəsi, tikinti materialların həmin ərazilərə daşınması, istifadəsi və s. Təbii ki, belə baxanda o qiymətə Bakı şəhərindən də ev almaq olar. Amma həmin ərazilər bir başqadır. Həmin ərazilərdə təkcə məcburi köçkünlər deyil, mənzil alıb yaşamaq istəyən digər şəxslər də yetəri qədərdir. Bu baxımdan yəqin ki həmin mənzillər kənar ərazilərdən ora köçüb ev almaq istəyən insanlar üçün nəzərdə tutulub”.
Əfsanə Rəcəb Demokrat.az


