İraqda ABŞ və digər ölkələrin hərbi qüvvələrinin yerləşdiyi aviabazaya Rusiya raketləri ilə hücum həyata keçirilib. Zərbə nəticəsində ən azı 5 amerikalı hərbçi yaralanıb. Hücumun İranın ötən həftə HƏMAS və "Hizbullahın yüksək rütbəli üzvlərinin öldürülməsinə görə cavab vermək hədələri ilə bağlı olub-olmadığı hələlik məlum deyil.
Bəs, həyata keçirilən bu hücumların arxasında İran ya Rusiya dayanır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Yaxın Şərqdə bu gün ən kiçik bir qığılcım həddində artıq böyük bir eskalasiyaya gətirib çıxara bilər.
İlyas Hüseynov qeyd edib ki, İran və Rusiyanın bu və digər formada hərbi təhlükəsizlik sahəsində ortaq addımları müşahidə oluna bilər:
“Hazırda Yaxın Şərqdə vəziyyət çox gərgindir. İran-İsrail və yaxud Hizbulah-İsrail genişmiqyaslı müharibəsinin başlanması ilə bağlı ehtimallar çox böyükdür. Çünki HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi Yaxın Şərqdə vəziyyəti tamamilə dəyişib və gərginlik ən üst səviyyəyə çatıb. Bu baxımdan bu gün ən kiçik bir qığıcım həddində artıq böyük bir eskalasiyaya gətirib çıxara bilər. Bu baxımdan müəyyən paralel hadisələrin baş verdiyini görürük. Bu xüsusda İraqda ABŞ və digər ölkələrin hərbi qüvvələrinin yerləşdiyi aviabazaya Rusiya raketləri ilə hücum həyata keçirilib. Bunun özü də onu deməyə əsas verir ki, bu gün İran ilə Rusiya eyni cəbhədə yer alır, eyni fikirləri bölüşür və Kollektiv Qərb onların əsas hədəfidir.
Artıq uzun müddətdir sınaqdan keçirilmiş əsas metodika ondan ibarətdir ki, hazırda proksi ərazilərdə mübarizə genişlənir. Müəyyən bir ərazi seçilir və burada bir maraq savaşı icra olunur. Bu, əsasən xüsusi əhəmiyyət kəsb edən ərazi kimi nəzərdən keçirlir. Məsələn, elə Ukrayna müharibəsinin də əsas hədəfi budur. Ukrayna ərzisinə nəzarətin hansı qütb tərəfindən həyata keçirilməsi ümumi Avropa təhlükəsizliyinə təsir göstərək. Yaxın Şərqdə də vəziyyət oxşardır. Bu baxımdan biz İran və Rusiyanın bu və digər formada hərbi təhlükəsizlik sahəsində ortaq addımlarını müşahidə edə bilərik. Məsələn, Rusiya öz qırıcılarını İran tərəfə təqdim edir. İran da “Şahed” pilotsuz uçuş aparatlarını Rusiyaya verir. Bunun nətiəsində həm müştərək iş birliyi formalaşır, həm də tərəflər öz məqsədlərinə çatırlar. Bu baxımdan İraq ərazisində də bu cür oxşar ssenari icra oluna bilər. Amma mahiyyət dəyişməz olaraq qalır. Bu da Yaxın Şərqdə gərginliyin həddindən artıq yüksək olmasının göstəricisidir”.
Əfsanə Rəcəb Demokrat.az


