Siyasət Özəl

“Rusiyanın İrana, ABŞ-nin İsrailə dəstəyi fonunda kəskin qarşıdurma ola bilər” — Politoloq

“Rusiyanın İrana, ABŞ-nin İsrailə dəstəyi fonunda kəskin qarşıdurma ola bilər” — Politoloq

HƏMAS lideri İsmayıl Haniyənin qətlindən sonra İran ilə İsrailə arasında qarşıdurma gözlənilsə də bu, hələki baş verməyib. Haniyənin qətli ilə bağlı müxtəlif versiyalar səsləndirilməyə davam edir. Bir sıra ekspertlər İran-İsrail müharibəsinin olacağı ilə bağlı proqnozlar versə də, tərəflər hələki bir-birinə qarşı hədələyici mövqe tutub.

Bu vəziyyətdə qarşıdakı günlərdə İran ilə İsrail arasında ciddi bir qarşıdurma baş verə bilər?

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz ƏlibəyliDemokrat.az-a açıqlamasındabildirib ki, Rusiyanın İrana, ABŞ-nin İsrailə dəstəyi fonunda kəskin qarşıdurma olacağı ehtimalı var:

“Qarşıdurma ehtimalı olsa da, bu hibrit müharibədən kənara çıxmayacaq. İran İsrailə birbaşa necə cavab verə bilər? Həmişə olduğu kimi, raketlər və dronlar adı ilə göndərdiyi silahlar İsralə hansı zərəri verdi ki? İndi də eyni şey gözlənilir. İran İsrailə qarşı HƏMAS, husilər, Hizbullah və s. mübarizə üsulları ilə hansısa yolla zərər verməyi hədəfləyir. Amma ortada dəqiq nəticənin olması imkansızdı”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova