"Son zamanlar yol-nəqliyyat qəzalarının çox olmasının əsas səbəbi sürücülərin bilərəkdən yol hərəkəti qaydalarını pozmasıdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Elçin Cəfərov deyib.
O bildirib ki, qəzaların bir çoxu sürət həddinin aşmasından yaranır:
“Həmçinin manevr qaydalarının pozulması, dönmə işıqlarını lazım olan zamanda istifadə olunmaması, magistral yollarda avtomobil idarə etmək bacarığının az olmasını aid edə bilərik.
2018-ci ildə qəbul olunmuş dövlət proqramı var idi hansı ki, bu 2019-2023-cü illəri əhatə edirdi. Yol hərəkəti təhlükəsizliyinə dair bir proqram idi. Əsas məqsədi ondan ibarət idi ki, beş il ərzində ölkədə baş verən yol-nəqliyyat hadisələrinin sayı 30 faiz azaldılsın.
Qəzaların sayını azaltmaq istəyiriksə, biz həmin proqrama riayət etməliyik. Hər bir qurum üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Proqramda qeyd olunan bütün maddələr həyata keçirilməlidir. Bu zaman qəzaların sayını azalda bilərik”.
Mehriban Mirzəzadə Demokrat.az


