Venesuelada prezident seçkilərinin nəticələrinə etiraz edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən insidentlərdə saxlanılanların sayı 1200-ə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə Bolivar Milli Qvardiyası (GNB) açıqlama verib.
Açıqlamada zorakılığa səbəb olan 1200 nəfərin saxlanıldığı və təhlükəsizlik qüvvələrinin ictimai təhlükəsizliyi təmin etmək üçün müəyyən əməliyyatlar apardığı bildirilib.
Tutulan fəallardan bəzilərinin Peru, Çili və Kolumbiyada xüsusi təlim keçdikləri və küçələrdə bilavasitə terror və zorakılıq törətdikləri aşkarlanıb.
Saxlanılanlarla bağlı açıqlamasında dövlət naziri Nikolas Maduro ABŞ-dan ölkəyə qayıdan venesuelalıların 80 faizinin cinayətlə məşğul olduğunu bildirib.
Bu arada Milli Baş prokuror Tarek Uilyam Saab verdiyi açıqlamada nümayişlər zamanı 77 mühafizəçinin yaralandığını və hadisələrlə bağlı istintaq başladıldığını bildirib.
Zəhra Məmmədova Demokrat.az


