Dünya

Ərdoğan İsmayıl Haniyənin həyat yoldaşına zəng etdi

Ərdoğan İsmayıl Haniyənin həyat yoldaşına zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində həyatını itirən Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin həyat yoldaşı və uşaqlarına zəng edib.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Telekommunikasiya və Rabitə Müdirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Türkiyə prezidenti İsmayıl Haniyənin doğmalarına başsağlığı verib.

NE
Nihadə Eyyubova