Türk Hava Yolları (THY) İsrailin Beyruta hava hücumundan sonra Beyruta olan bütün uçuşları ləğv edib.
Demokrat.az xəbər verir ki, bu barədə "Airlinehaber" saytı məlumat yayıb.
Məlumata görə, hücumlar nəticəsində Beyrut Rafik Həriri Beynəlxalq Hava Limanında dərin sükut hökm sürür. Bir çox ölkə öz vətəndaşlarını Beyrutu dərhal tərk etməyə çağırıb.
Qeyd edək ki, THY-dən başqa İran, İordaniya, İraq və Livana digər reyslər də ləğv edilib.
Mehriban Mirzəzadə Demokrat.az


