Gündəm Özəl

"Özlərinə sual verməlidirlər ki, mən bu qədər insanı parlamentdə təmsil edə bilərəmmi?"— Deputat

Özlərinə sual verməlidirlər ki, mən bu qədər insanı parlamentdə təmsil edə bilərəmmi?— Deputat

“Bu gün Azərbaycanda dövlət səviyyəsində gənclərə böyük diqqət və qayğı var. Cənab Prezidentin gənclərə dəstəyi bütün istiqamətlərdə özünü açıq şəkildə göstərir. Son dövrlərdə davamlı olaraq təyinatlarda gənc kadrlara üstünlük verildiyinin şahidiyik. Bu mənada gənclərin parlamentdə təmsil olunması önəmlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, gənclər parlamentin işinə öz töhfələrini verirlər:

“Gənclərin bu prosesdə iştirakı üçün dövlət lazım olan bütün şəraiti yaradır. Hər kəsin parlamentə namizədliyini irəli sürməyə hüququ var, Azərbaycan cəmiyyətində hər kəs deputatlığa maraq göstərir. Amma parlament olduqca məsuliyyətli bir yerdir, yalnız vəsiqə daşımaqçün məkan deyil. Burada təmsil olunan şəxs yüksək keyfiyyətlərə malik olmalı, idarəçilik qabiliyyəti olmalıdır. Düşünürəm ki, gənclər bu prosesdə iştirak edərkən öz bilik və bacarıqlarını, təcrübələrini nəzərə almalıdırlar. Gənclər arasında kifayət qədər təcrübəli olanlar, tanınan adlar var. Parlamentdə təmsil olunmaq bəzən 50-100 min insanın mövqeyini ifadə etmək deməkdir. Gənclər özlərinə sual verməlidirlər ki, mən bu qədər insanı parlamentdə təmsil etmək bacarığına sahibəmmi? Gənclər unutmamalıdırlar ki, onların üzərində necə böyük məsuliyyət düşür. Gənclərə tövsiyəm odur ki, harada olmaqlarından asılı olmayaraq ölkəmizin inkişafı, rifahı üçün çalışsınlar. Azərbaycan bu gün yeni dövrə qədəm qoyub, indi gənclərin fəaliyyətinə daha çox ehtiyac var”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova