2024-cü ilin ilk altı ayında Toyota Motor dünya üzrə 5,16 milyon avtomobil sataraq bazar lideri oldu.
Demokrat.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Qeyd olunur ki, hesablamalar zamanı Toyota Motor ilə eyni qrupa daxil olan Daihatsu Motor və Hino Motors şirkətlərinin satışları nəzərə alınıb. Brend artıq beşinci ildir ki, bazarda liderliyini qoruyub saxlayır. Maraqlıdır ki, 2024-cü ilin birinci yarısı üçün nəticə keçən ilki göstəricidən 4,7% aşağıdır.
İkinci yerdə 6 ayda 4,35 milyon avtomobil satmağı bacaran (keçən il bu rəqəm 4,37 milyon avtomobil idi) "Volkswagen" şirkətidir.
Bundan əvvəl 2024-cü ildə Avropada ən çox satılan avtomobilin Dacia Sandero hetçbeki olduğu bildirilirdi. İlin birinci yarısında avropalılar modeldən 143,5 min nüsxə alıblar. 2023-cü illə müqayisədə modelə tələbat 16% artıb. Analitiklərin fikrincə, hetçbekin uğuru onun aşağı qiyməti ilə bağlıdır - Almaniyada o , 11,5 min avroya (indiki məzənnə ilə 1,1 milyon rubl) satılır.
İkinci yeri 125 min ədəd (+25%) göstərici ilə Volkswagen Golf tutub. Üçüncü yeri satışları 15% artıran Renault Clio (114 min ədəd) tutub. İlk beşliyə Volkswagen T-Roc krossoveri (111 min) və Peugeot 208 hetçbeki (107 min) daxil olub.
Mehriban Mirzəzadə Demokrat.az


