Dünya Özəl

Bu ölkədə vəhşi heyvanlarda koronavirus aşkarlandı

Bu ölkədə vəhşi heyvanlarda koronavirus aşkarlandı

ABŞ-nin Virginia Tech şirkətinin alimləri “SARS-CoV-2” koronavirusunun vəhşi heyvanlar arasında geniş yayılmasını aşkar ediblər. Onlar bununla bağlı araşdırma aparıb.

Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olunub.

Tədqiqatçılar 23 müxtəlif heyvan növünün burun, ağız boşluqlarından və qanından götürülmüş nümunələri təhlil edib. Nümunə toplama sahələrinə həm insan fəaliyyətinin yüksək olduğu yaşayış məntəqələri, həm də ucqar təbii ərazilər daxil edilib.

Araşdırmaların nətricəsi olaraq, altı növ heyvanda virus, beş növdə isə infeksiyaya qarşı anticisimlər aşkar edilib. Genetik tədqiqatlar heyvanlarda mövcudluğu təsdiqləyib, insanlar arasında dolaşanlara bənzər unikal mutasiyalar müəyyən edib.

Alimlərin fikrincə, bu kəşf virusun insanlardan heyvanlara keçdiyini göstərir. Tədqiqatçılar əlavə edib ki, yoluxma nisbətləri ən yüksək ictimai yerlərdəki heyvanlarda müşahidə olunub.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova